acından günorta duran (lüt, yoxsul)

neither house, nor home / not a penny to bless oneself ни кола, ни двора
acından bağırsaqlarım bir-birinə yapışıb
Acından günorta durur, bığını yağla burur.
OBASTAN VİKİ
Yoxsul
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Günorta
Günorta — günün ortasında, gündoğumu ilə günbatımı arasında (yarım gün) zaman anı, günəşin ən yüksək zirvəsi anı günəş günortasıdır. Günün günortası 12:00-dan daha tez və ya daha gec gələ biləcəyinə baxmayaraq, günün saatın yerli vaxtla 12:00-ı göstərdiyi vaxtı nöqtə adlandırmaq da adətlidir.
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Yoxsul insanlar
Yoxsul insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır.
Günorta daşı
Günorta daşı — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində, Çalxandağın qərb yamacında hündürlüyü 1500 metrə çatan təbiət abidəsi. == Haqqında == Xalq arasında Günortacı da deyilir. Günorta daşı günortaya qədər kölgəyə bürünmüş olur, düz günorta vaxtı isə kölgə tamamilə çəkilir. Ətrafdakı Çalxanqala, Təzəkənd, Xıncab və Sust kəndlərinin camaatı ta qədimdən ilin bütün fə- sillərində əkin-biçin, sağın və s. təsərrüfat işləri zamanı günortam səhvsiz göstərən günorta daşından "saat" kimi istifadə etmişdir. "Günortac" toponimi "Kitabi Dədə Qorqud" dastamnm qəhrəmanı, Təpəgözün gözünü çıxaran Basatm yurdu kimi xatırlanır. Bu yer isə, ehtimala görə, Təpəgözün məskən saldığı, camaata qan uddurduğu Salaxana (Salaxan) dərə- sindəki mağaranın yaxınlığında olmalıdır. Salaxananın Babək rayonunun dağlıq sahəsində, Qazan yaylağnın qərb ətəklərndə olduğu nəzərə almarsa, Günorta daşının "Kitabi-Dədə Qorqud"da adı çəküən "Günortac"la (prof. M. Seyidov, akad. V. V. Bartolda istinadən onu "Günün doğduğu uca zirvə" hesab edir) bilavastə bağlılığını söyləmək mümkündür.
Günorta namazı
Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir. == Zöhr namazının qılınma qaydası == 1-ci rükət Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-rükət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə; Təşəhhüd; 3-cü rükət 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; 4-cü rükət: 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; Təşəhhüd; Salam. === Niyyət: === Zöhr namazı qılıram vacib qürbətən iləllah. === Təkbirətul-ehram: === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd-surə: === Fatihə surəsi ilə İxlas surəsi oxumaq. === Qunut: === Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. === Ruku: === Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. === 2 səcdə: === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.
Günorta topu
Günorta topu (ingl. Noonday Gun) - Honkonqda görməli turistik zonasındadır. Kozuey-Bəydə rayonunda yerləşir. Top «Jardine Matheson» kompaniyası tərəfindən düzəldilib. == Tarixi == Günorta topunun yerləşdiyi zona heç vaxt İst-Poynt adlanmayıbdır. İst-Poynt ilk torpaq hissəsi olmuşdur. 1841-ci ildə koloniya admistrasiya yaranıb. Bu torpaq «Jardine Matheson» kompaniyası tərəfindən alınmışdır. Hal-hazırda keçmiş adı "İst-Poynt" istifadə olunmur. Landşaftın dəyişməsi və meliorativ tədbirlərin həyata keçirilməsi ərazi tamamilə dəyişib.
Şanxayda günorta
Şanxayda günorta (ing. Shanghai Noon) — Tom Dai'nin rejissorluq debütünə ABŞ-Honq Konq filmidir. Film, cinayətkarları dayandırmaq üçün bir araya gələn fərqli şəxsiyyət və irqi mənsubiyyəti olan (Çin imperatorunun keşikçisi və Vəhşi Qərbdən olan ağ quldur) qarşılıqlı münasibətlərindən bəhs edir. Gözəl Çin şahzadəsi qaçırıldıqda İmperator ən etibarlı və bacarıqlı cangüdənlərdən üçünü vəhşi Qərbə göndərir. Cunq Vanq, təbii ki, bunların arasında deyil. Ancaq gizli yollarla yenə də müharibə edən bir heyətə girməyi və Amerikanın mərkəzində və gözlənilməz hadisələrdə özünü tapmağı bacarır. Təsadüfi tərəfdaşla birlikdə Çin cangüdəni hər cür dəyişikliyə girir; arasında, o, Sioux qəbiləsinə kömək edir, barışmaq üçün bir boru çəkir və dərhal düşmənlərinin çoxunun qaçdığı döyüş yolunda özünü tapır.
Duran Alfonso
Duran Çetin
Duran Çətin
Duran Qalxan
Duran Qalxan (türk. Duran Kalkan), həmçinin Səlahəddin Abbas (türk. Selahattin Abbas) və ya Səlahəddin Ərdəm (türk. Selahattin Erdem; 14 avqust 1954, Qaraisalı, Adana ili) — Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək rütbəli komandiri. PKK-nın hazırkı üç lideri olan Duran Qalxan, Murad Karayılan və Cəmil Bayık ABŞ Maliyyə Nazirliyi və Türkiyə Hökuməti tərəfindən azyaşlıları hərbi xidmətə cəlb etməkdə, narkotik ticarəti ilə məşğul olmaqla, Türkiyə hökumət rəsmilərini, polisi və təhlükəsizlik orqanlarının qüvvələrini hədəfə almaqda, ayrı-seçkilik etmədən mülki şəxsləri yaralamaq və öldürməkdə ittiham olunurlar. == Narkotik ticarəti == 20 aprel 2011-ci ildə Türkiyənin tələbi ilə ABŞ Maliyyə Departamenti PKK-nın qurucuları Cəmil Bayık, Duran Qalxanın və digər yüksək rütbəli üzvlərin Xarici Narkotiklərin Kinqpin Təyinatı Qanununa uyğun olaraq Xüsusi Təyin olunmuş Narkotik Alverçiləri kimi təyin olunduğunu elan etmişdir. Qanuna uyğun olaraq, təyinat təyin edilmiş şəxslərin ABŞ yurisdiksiyasında ola biləcək hər hansı aktivlərini dondurur və ABŞ şəxslərinin bu şəxslərlə maliyyə və ya kommersiya əməliyyatları aparmasını qadağan edir. Buna baxmayaraq, illər sonra Almaniya Konstitusiyanı Müdafiə Federal İdarəsi bildirmişdir ki, PKK-nın təşkilati strukturlarının Almaniyada narkotik ticarəti ilə birbaşa məşğul olduğuna dair heç bir sübut yoxdur.
Günorta qaranlığı (kitab)
Gözqamaşdırıcı zülmət (alm. Sonnenfinsternis‎) — Artur Kostlerin romanı. Əslən yəhudi olan ingilis yazıçısı Artur Köstler "Gözqamaşdırıcı zülmət" romanını yazmağa 1938-ci ildə başlasa da, həbslər və düşərgələrə göndərilməsi səbəbindən əsər üzərində işini həbsxanada bitirib və roman Köstler hələ azadlığa çıxmazdan əvvəl, 1940-cı ildə nəşr olunub. Sonra yazıçı Fransa paytaxtı Parisdən, nasistlərdən qaçmalı olub. Qaçdığı zaman romanın yeganə alman dilli nüsxəsi itirilib və 75 il sonra alman ədəbiyyatşünası Mattias Vesselin nəşriyyatlardan birinin arxivində əsərin əlyazması tapılıb. Köstlerlə yaxın münasibətdə olan Dafna Hardi Henrion romanı ingilis dilinə tərcümə edir və onu Londona göndərir. Bundan sonra əsər 30 dilə tərcümə olunur. 1948-ci ildə əsər müəllifin özü tərəfindən ingilis dilli versiyadan alman dilinə də tərcümə olunub. Ancaq Köstler 1960-cı ildə bununla bağlı belə bir fikir bildirir: "Gözqamaşdırıcı zülmət" romanımı özüm alman dilinə tərcümə etdim, amma romanın orijinalında olan spontanlığının itməsi hissi məni tərk etmir". Belə ki, əvvəlcə "Rubaşov" adlı alman dilində olan əlyazması itkin düşür.
Sixto Duran Ballen
Siksto Alfonso Düran-Balen Kordoves (d.9 iyul, 1921, Boston, Massaçusets - 15 noyabr 2016, Kito, Ekvador) — Ekvadorun keçmiş prezidenti.
Səhər, günorta və gecə
Səhər, günorta və gecə (ing. Morning, Noon And Night) — Sidni Şeldonun 1995-ci ildə yazdığı romandır.
Şanxayda günorta (film, 2000)
Şanxayda günorta (ing. Shanghai Noon) — Tom Dai'nin rejissorluq debütünə ABŞ-Honq Konq filmidir. Film, cinayətkarları dayandırmaq üçün bir araya gələn fərqli şəxsiyyət və irqi mənsubiyyəti olan (Çin imperatorunun keşikçisi və Vəhşi Qərbdən olan ağ quldur) qarşılıqlı münasibətlərindən bəhs edir. Gözəl Çin şahzadəsi qaçırıldıqda İmperator ən etibarlı və bacarıqlı cangüdənlərdən üçünü vəhşi Qərbə göndərir. Cunq Vanq, təbii ki, bunların arasında deyil. Ancaq gizli yollarla yenə də müharibə edən bir heyətə girməyi və Amerikanın mərkəzində və gözlənilməz hadisələrdə özünü tapmağı bacarır. Təsadüfi tərəfdaşla birlikdə Çin cangüdəni hər cür dəyişikliyə girir; arasında, o, Sioux qəbiləsinə kömək edir, barışmaq üçün bir boru çəkir və dərhal düşmənlərinin çoxunun qaçdığı döyüş yolunda özünü tapır.